İtaliyanın bəzi bölgələrindən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

İtaliyanın bəzi bölgələrindən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub Müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub
Sağlamlıq
20 May , 2021 11:18
İtaliyanın bəzi bölgələrindən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İtaliya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi