"COVID-19-a qarşı vaksinasiya qısa müddətdə müsbət təsirini göstərəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev deyib.
O bildirib ki, bununla Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq.
Z.Əliyev xatırladıb ki, ilk növbədə tibb işçiləri vaksinasiyadan keçəcəklər.