Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Yeni klinikadan "Report"a bildirilib ki, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.
"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.