"Ürək damar xəstələri yüksək risk qrupunda olduqlarına görə, mütləq vaksin vurdurmalıdırlar".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi dosent, invaziv kardioloq Qalib İmanov deyib.
“Bizə tərəddüd etdiklərini bildirirlər, amma tərəddüd etmək olmaz. Ağırlaşmaların olmaması üçün vaksin vurdursunlar. Virusa yoluxandan sonra da onlar mütləq həkimə müraciət etsinlər. Özlərini müalicə etməyə çalışmasınlar” - o bildirib.