Kofenin ziyanından çox xeyri aşkarlandı

Kofenin ziyanından çox xeyri aşkarlandı Qəhvənin zərərləri haqqında miflər kofein və onun stimullaşdırıcı təsirləri ilə əlaqələndirilir
Sağlamlıq
14 Fevral , 2021 03:40
Kofenin ziyanından çox xeyri aşkarlandı

“Qəhvənin zərərləri haqqında miflər kofein və onun stimullaşdırıcı təsirləri ilə əlaqələndirilir. Bu arada, qəhvədə ümumi kofein tərkibi yalnız 0,6-0,7 faizdir. Bu da yaşıl, qara çay, kakao, enerji içkiləri və pəhriz əlavələrində olan kofein miqdarından xeyli azdır”.

“Report”un məlumatına görə, bunu dermatoloq, kosmetoloq Stanislav Arkannikov “aif.ru”ya müsahibədə deyib.

Həkim bildirib ki, kofeini müəyyən miqdarda qəbul etmək sağlamlığa faydalıdır:

“Kofe ilə baş ağrısını kəsmək, yuxulu vəziyyəti aradan qaldırmaq, zehni və fiziki aktivliyi artırmaq, soyuqdəymə vəziyyətində ürək fəaliyyətini və nəfəs almağı stimullaşdırmaq olar. Bundan əlavə, müasir elmi araşdırmalara görə, qəhvəmi müəyyən miqdarda qəbul etmək Alzheimer və Parkinson, şəkərli diabet riskini və ürək-damar patologiyalarının inkişafının qarşısını alır. Qəhvə qaraciyər, döş və prostat xərçəngi riskini də azaldır”.

Bundan əlavə, həkim qəhvənin kosmetoloji baxımından da faydalı olduğunu söyləyib:

“Hər şeydən əvvəl qəhvə qan axınının mikrosirkulyasiyasını aktivləşdirir - dərini qidalandırır, bu da erkən yaşlanmanın qarşısının alınması deməkdir. Həm də limfa axınını yaxşı stimullaşdırır, yəni ödemlə mübarizə aparır və qırışların yaranmasını ləngidir”.

Son xəbərlər

Orphus sistemi