"Son zamanlar uşaqlar arasında artıq çəki və piylənmə halları artıb".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq çəki və piylənmə insan ömrünü ən azı 10 il qısaldır: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) daha bir rəqəminə görə dünyada yaşayan 8 milyard əhalinin 20 milyonu artıq çəkidən əziyyət çəkir. Bu problemin nə dərəcə ağır və təhlükəli olduğu göz önündədir. Azərbaycan əhalisinin, təxminən, 20 %-ə yaxınının artıq çəkidən əziyyət çəkdiyi deyilsə də, hesab edirəm ki, bu say bir qədər də artıqdır. Çünki ÜST-nin sənədlərində bu göstərici 50-60 %-in üzərindədir".