Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib

Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib Müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub
Sağlamlıq
2 Mart , 2021 15:11
Kürdəmirdə “Dadım” dönər evində yoxlama keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Heydər Əliyev prospektində yerləşən fiziki şəxs Tofiqzadə Cavidan Asif oğluna məxsus “Dadım” dönər evində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı dönərxananın daimi isti və soyuq su, mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təchiz edilmədiyi, qapaqlı tullantı qablarından istifadə olunmadığı, işçi masalarının gigiyenik səthə malik olmadığı aşkarlanıb.

Eyni zamanda müəssisədə vaxtaşırı təmizlik işlərinin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi