"İnsanların öz sağlamlığına dəyər verməsini daha da artırmağa çalışacağıq".
Bunu "Report"a açıqlamasında "Liv Bona Dea Hospital"ın baş direktoru Taner Özbek deyib.
"Hospitalda "Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi" mövzusunda bu gün keçirilmiş konfrans “Bir millət, iki dövlət” şüarı ilə tarixi, hərbi, səhiyyə və digər bir çox sahələrdəki əməkdaşlığımızın nümunələrindən biri idi. Məqsəd xərçəng xəstəliyi ilə bağlı insanları maarifləndirməkdir. Arzumuz yalnız sağlamlıq itiriləndə deyil, onun qorunması və davamlılığı üçün də bütün vətəndaşlarımızla yan-yana ola bilməkdir. Buna dəstək üçün bir sıra kampaniyalar həyata keçirdik və bunu davam etdirəcəyik”, - o bildirib.
T.Özbek vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan əməkdaşlığı hər sahədə inkişaf edir: "Bu əməkdaşlığı səhiyyə sahəsində daha da inkişaf etdirmək istəyirik".