"Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası barədə ziddiyyətli fikirlər mövcuddur. Əgər qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə qadının bir qədər zəiflədiyini nəzərə almaq lazımdır: "Əgər zahılıq dövrü bitdikdən sonra ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.