Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) məktəblilər üçün qidalanma çantası hazırlayarkən valideynlər nəyə diqqət etməlidir mövzusunda videoçarx hazırlayıb.
AQTİ-dən "Report"a bildirilib ki, koronavirus pandemiyası dövründə təhsil müəssisələrində təhsilalanların və digər şəxslərin sağlamlığının qorunması və COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması başlıca şərtdir.
Təhsil müəssisələrinin fəaliyyətinin pandemiya şəraitinə uyğun təşkili zamanı internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırıldığından, təhsilalanların mümkün qədər fərdi qaydada hazırlanmış qablaşdırılmış qidalarla təhsil aldıqları sinif otaqlarında qidalanmaları tövsiyə olunur. Bəs uşaqları məktəbə yola salan valideynlər məktəblilər üçün qidalanma çantası hazırlayarkən nəyə diqqət etməlidir?
Videoçarxı təqdim edirik: