Hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb.
Qurum qan ehtiyacı olan vətəndaşları davamlı qanla təmin etmək üçün vətəndaşlara müraciət edib: “Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.
Qan vermək istəyənlər aşağıdakı ünvana müraciət edə bilər:
Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65
Telefonlar: 907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.