Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.
“Report” xəbər verir ki, bunu "BioNTech"in Baş direktoru Uğur Şahin bildirib.
Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq: "İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idi. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq. Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.
U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır.