Azərbaycanda narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğu təmin ediləcək.
“Report”un xəbərinə görə, bu, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı"nda əksini tapıb.
Sənədə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə bu tədbirləri mütəmadi olaraq keçirilməsi tapşırılıb.