Naxçıvanda qızılcaya yoluxmanın qarşısının alınması məqsəilə immunlaşdırma tədbirlərinə başlanılıb

Naxçıvanda qızılcaya yoluxmanın qarşısının alınması məqsəilə immunlaşdırma tədbirlərinə başlanılıb Naxçıvan Muxtar Respublikasında yanvar ayından etibarən mövsümi xəstəliklərdən qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılır. Çünki hazırda bu xəstəliklərə yoluxma halları çoxalıb.
Sağlamlıq
20 Fevral , 2024 23:34
Naxçıvanda qızılcaya yoluxmanın qarşısının alınması məqsəilə immunlaşdırma tədbirlərinə başlanılıb

Naxçıvan Muxtar Respublikasında yanvar ayından etibarən mövsümi xəstəliklərdən qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılır. Çünki hazırda bu xəstəliklərə yoluxma halları çoxalıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasında qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrinə əsasən muxtar respublikada qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə 11-40 yaşlı əhali arasında immunlaşdırma tədbirlərinə başlanılıb. Bu ilin yanvar ayında 195 nəfərə qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılıb. 479 nəfər qızılca, məxmərək, parotit peyvəndlərindən yayınanlar da peyvəndə cəlb olunub. Onlar 1-6 yaş arası peyvənd təqviminə uyğun aparılan immunizasiyadan yayınan uşaqlardır.

Qeyd edək ki, bu günə kimi muxtar respublikada 832 nəfərdə qrip virus infeksiyası ilə mübarizə məqsədilə peyvəndləmə aparılıb. Onlardan 624-ü tibb işçisidir.

Son xəbərlər

Orphus sistemi