Nizamsız yuxu diabet riskini artırır

Nizamsız yuxu diabet riskini artırır “Brigham Qadın Sağlamlığı Mərkəzi”nin (ABŞ) alimləri müəyyən ediblər ki, çox az və çox yuxu arasında bir-birini əvəz etmək şəkərli diabetin inkişaf riskini 34% artıra bilər.
Sağlamlıq
18 İyul , 2024 03:39
Nizamsız yuxu diabet riskini artırır

“Brigham Qadın Sağlamlığı Mərkəzi”nin (ABŞ) alimləri müəyyən ediblər ki, istər yuxu azlığı, istərsə də həddən artıq yatmaq şəkərli diabetin inkişaf riskini 34% artıra bilər.

“Report” xəbər verir ki, araşdırmanın nəticələri “Diabetes Care” jurnalında dərc olunub.

Araşdırmada 84 mindən çox sağlam britaniyalı kişi və qadın iştirak edib. Yeddi gün ərzində subyektlər yuxuya getmə və oyanma vaxtı, həmçinin yuxuda sərf olunan saatların ümumi sayını qeyd edən ağıllı saat taxıblar.

İştirakçıların yuxu rejimi haqqında məlumat əldə etdikdən sonra alimlər onları izləməyə başlayıblar. Yeddi illik izləmə nəticəsində iştirakçılar arasında 2-ci tip şəkərli diabetin tezliyi müəyyən edilib.

Məlum olub ki, nizamsız yuxu (çox az və çox yuxu ) bu xəstəliyin inkişaf riskini 34% artırır.

Həkimlər həmçinin aşkar ediblər ki, əsas sağlamlıq problemi olmayan və ya ailədə xəstəlik tarixi olmayan insanlarda diabet riski bir qədər azalıb, lakin aradan qaldırılmayıb.

Son xəbərlər

Orphus sistemi