Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün COVID-19 əleyhinə peyvənd olunub.
Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.
S.Əliyeva hər kəsi vaksinasiya prosesinə qoşulmağa çağırıb.
Qeyd olunub ki, COVID-19 əleyhinə peyvənd bu infeksiyaya yoluxma hallarının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədinə xidmət edir.