"Omikron" ştamının yalançı əlaməti aşkarlanıb

"Omikron" ştamının yalançı əlaməti aşkarlanıb "Omikron" ştamının yalançı simptomu aşkarlanıb.
Sağlamlıq
7 Fevral , 2022 01:03
Omikron ştamının yalançı əlaməti aşkarlanıb

Koronavirusun "omikron" ştamının yalançı əlaməti aşkarlanıb.

"Report" xəbər verir ki, bunu Almaniyanın "ZOE COVID Study" mütəxəssislərinin dərc etdiyi araşdırmanın nəticələri sübut edir.

Tədqiqata əsasən məlum olub ki, mədə-bağırsaq sistemində problemlərin olması həmişə COVID-19 infeksiyasını göstərə bilməz.

Koronavirusun simptomlarını izləmək üçün xüsusi proqram yaradan mütəxəssislərin fikrincə, ötən il dekabrın ortalarından cari il yanvarın sonuna kimi mədə-bağırsaq traktının problemləri ilə bağlı şikayətlərdə artım müşahidə olunub.

Alimlər bunu bağırsaq xəstəliklərinin mövsümü ilə əlaqələndirirlər, lakin bəzi hallarda mədə-bağırsaq traktında problemlər COVID-19 infeksiyasına işarə edə bilər.

Son xəbərlər

Orphus sistemi