“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
"Report" xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1 618 tibb işçisinə 1,4 mln manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.