Ötən ay xəstəxanalara ən çox hansı xəstəliklərə görə müraciət edildiyi açıqlanıb

Ötən ay xəstəxanalara ən çox hansı xəstəliklərə görə müraciət edildiyi açıqlanıb Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə edilən müraciətlərin istiqamətləri açıqlanıb.
Sağlamlıq
16 Sentyabr , 2021 10:00
Ötən ay xəstəxanalara ən çox hansı xəstəliklərə görə müraciət edildiyi açıqlanıb

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə edilən müraciətlərin istiqamətləri açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Agentliyə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin avqust ayı ərzində 58 şəhər və rayonda 388 969 vətəndaşa 1 477 981 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 636 930 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 299 760-ı ambulator, 178 221-i isə stasionar şəraitdə göstərilib.

Cari ilin avqust ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (475) və Şirvan (211) şəhərləri, Yevlax (197), Ağdaş (194), Qəbələ (192), Göygöl (186), Beyləqan (181), Qax (169), Xaçmaz (165) və Ucar (163) rayonları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Bütün ölkə üzrə avqust ayı ərzində 594 898 nəfərə 959 227 müraciət üzrə 2 165 265 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 797 382-si ambulator, 367 883-ü isə stasionar şəraitdə göstərilib.

Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 15 238 göndəriş verilib. Bu göndərişlərin 6118-i invaziv radiologiya, 2499-u radiologiya, 1999-u oftalmologiya, 1361-i urologiya, 1222-si ürək-damar cərrahiyyəsi, 705-i neyrocərrahiyyə, 231-i travmatologiya, 201-i kardiologiya, 15-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 887 təşkil edib.

Qeyd edək ki, göndərişlərin 14 239-u (93%) planlı, 999-u (7%) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 9 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 297 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 3712 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyə üzrə 43, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 125 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 812 918 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13 207 556 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 10 734 244-ü (81%) 18 yaşdan yuxarı, 2 473 312-si (19%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Son xəbərlər

Orphus sistemi