Pakistanda bitişik əkiz körpələri bir-birindən uğurla ayırıblar

Pakistanda bitişik əkiz körpələri bir-birindən uğurla ayırıblar Pakistanda bir-birinə bitişik 9 aylıq əkizin ayrılması ilə bağlı cərrahiyyə əməliyyatı uğurla başa çatıb
Sağlamlıq
18 Yanvar , 2021 17:06
Pakistanda bitişik əkiz körpələri bir-birindən uğurla ayırıblar

Pakistanda bir-birinə bitişik doqquzaylıq əkizin ayrılması ilə bağlı cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

“Report” “Hurriyyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı əməliyyatın keçirildiyi Pakistanın Karaçi şəhərindəki Ağa Xan Universiteti yayıb.

Cərrahiyyə əməliyyatı 2020-ci ilin dekabrında keçirilib.

Həkimlər bildirib ki, əməliyyatdan sonra Məhəmməd Ayan Məhəmməd Aman adlı iki qız körpəsinin durumu yaxşıdır.

Həkim Zəfər Nazir bu cür əməliyyatı birinci dəfə keçirmədiyini, oxşar əməliyyatın 2014-cü ildə gerçəkləşdiyini vurğulayıb.

Məhəmməd Ayan və Məhəmməd Aman
Məhəmməd Ayan və Məhəmməd Aman

Son xəbərlər

Orphus sistemi