Pandemiyada plastik əməliyyatlara tələb artıb

Pandemiyada plastik əməliyyatlara tələb artıb Yeni növ koronavirus infeksiyası (COVID-19) pandemiyası dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb.
Sağlamlıq
16 Avqust , 2020 17:21
Pandemiyada plastik əməliyyatlara tələb artıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlara tələb artıb.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bu dinamika, video zənglərin sayının artması ilə izah olunur. Qəzetin yazdığına görə, kadrda insanların pis görünməsi onları plastik əməliyyata sövq edib.

Belə ki, plastik cərrah Diana Aleksander bildirib ki, təkcə yarım ay ərzində 251 plastik əməliyyat həyata keçirib.

Onun sözlərinə görə, müştərilər video zənglər zamanı qəşəng düşmədikləri üçün plastik cərrahlara müraciət edirlər.

Son xəbərlər

Orphus sistemi