“Siyasi partiya təmsilçisi olaraq biz də vaksinasiya prosesinə cəlb edilmişik”.
Bunu “Report”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədr müavini Zəhra Aslanova deyib.
O, hamını peyvənd olmağa çağırıb:
“Mən özüm də ixtisasca həkiməm. Hamını bir nəfər kimi vaksinasiyaya qoşulmağa dəvət edirəm. Əmin olun ki, bu, hamımız üçün vacibdir”.
Qeyd edək ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında siyasi partiya nümayəndələrinin vaksinasiyası həyata keçirlib, 7 siyasi partiyadan 22 nəfərə peyvənd vurulub.
Xatırladaq ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.
Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.