Azərbaycanda son sutkada 18 nəfər vaksinasiya olunub.
Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 1 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 15-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 733 837, birinci doza peyvəndlərin ümumi sayı 5 349 326, ikinci doza vaksinlərin sayı 4 848 965 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 287 895, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 651 olub.