Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb zərbaycanda son sutkada koronavirus əleyhinə 12 558 vaksin vurulub.
Sağlamlıq
2 Aprel , 2022 16:34
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 558 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 718, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 591 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 481 759, birinci doza peyvəndlərin ümumi sayı 5 326 364, ikinci doza vaksinlərin sayı 4 827 053 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 098 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 229 901 olub.

Son xəbərlər

Orphus sistemi