Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son gündə koronavirus əleyhinə 776 vaksin vurulub.
Sağlamlıq
14 Oktyabr , 2022 18:31
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 776 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 361, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 238, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 54 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 901 395 təşkil edir.

Son xəbərlər

Orphus sistemi