Professor: "Azərbaycanda milli vaksinin hazırlanması üçün lazımi şərait var"

Professor: "Azərbaycanda milli vaksinin hazırlanması üçün lazımi şərait var" "Azərbaycan 11 xəstəliyə qarşı vaksini xaricdən alır"
Sağlamlıq
5 Fevral , 2021 18:30
Professor: Azərbaycanda milli vaksinin hazırlanması üçün lazımi şərait var
Adil Allahverdiyev

“Artıq dünya ölkələri bir-birinə güvənmir. Hər kəs istəyir ki, özünün milli peyvəndi olsun. Burada iki cür məsələ var. Birincisi, ölkələrin bir-birilərinə inamı azalır, ikinci tərəfdən, vaksin olduqca bahalıdır. Misal olaraq, Azərbaycan 11 xəstəliyə qarşı vaksini xaricdən alır və bu da böyük məbləğdə vəsait tələb edir”.

Bu fikirləri “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, əgər gələcəkdə Azərbaycanda da vaksin istehsalına yönələn tədqiqatlar aparılacaqsa, bu, bir tərəfdən ölkəmizin başqa dövlətlərdən asılılığının ortadan qalxmasına səbəb olacaq, digər tərəfdən milli vaksinə inam daha güclü olacaq: “Uzun müddət Türkiyədə çalışan mütəxəssis olaraq deyə bilərəm ki, orada vaksinlə bağlı tədqiqatlar yox dərəcəsində idi. Lakin pandemiya səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə milli vaksin hazırlanmalıdır. Odur ki, ölkədə 7-8 vaksinin üzərində çalışırlar. Ümid edirəm ki, Türkiyədə ilin sonuna qədər bizim milli vaksinimiz var deyə biləcəklər. Bu nöqteyi-nəzərdən sürətlə inkişaf edən Azərbaycanda da milli vaksinin hazırlanması üçün bütün lazımi şərait var və bu istiqamətdə işlərə başlanıla bilər. bu sahəyə qoyulan sərmayə özünü doğrulda bilər, bununla da biz dünyada, eləcə də bölgədə tanınmış ölkəyə çevrilə bilərik”.

Son xəbərlər

Orphus sistemi