"Hansı yolla əldə edilirsə, edilsin, vaksinlərin bir məqsədi var ki, immun sistemimizi möhkəmləndirsin".
“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
"Əgər vaksinasiya olmazsa, virus orqanizimimizin çökməsinə səbəb olacaq. Əldə edilən vaksinasiya nümunələri üzərində işlər gedir. Onlar minlərlə insanın üzərində sınaqdan keçirilir. Vaksinasiyaya inanmaq lazımdır. Bu, hər birimizin, kollektivin və ölkəmizin sağlamlığı deməkdir", - o deyib.