Mərkəzi Qan Bankı qan və qan komponentlərinin kimlərə verildiyini açıqlayıb.
“Report” xəbər verir ki, aşağıdakı şəxslər üçün qan verilməsi mümkündür:
- İrsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə;
- Ağır anemiyası olan uşaqlara;
- Hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara;
- Qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza
- Fövqəladə hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəsarət almış insanlara;
- Tibbi və cərrahi prosedurlardan keçən xəstələrə.