Tedros Adanom Qebreyesus yenidən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru seçilib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Bu qərar Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında qəbul edilib.
Assambleyanın qapalı iclasında bununla bağlı səsvermə keçirilib.
Qebreyesus ikinci beşillik müddətə bu vəzifəyə rəhbərlik edəcək.