Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib “Dünyada “Kinder” məhsullarının (“Kinder” yumurtaları və digər məhsullar - “Report”) yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən söhbət gedir”.
Sağlamlıq
12 Aprel , 2022 13:31
Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan kinder yumurtalarına və digər məhsulllarında salmonella bakteriyası aşkarlanmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, Q.Təhməzli deyib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda marketlərdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

O əlavə edib ki, ümumiyyətlə, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

Son xəbərlər

Orphus sistemi