Qubada “patı” istifadə edən dəstə saxlanılıb

Qubada “patı” istifadə edən dəstə saxlanılıb Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Sağlamlıq
26 Avqust , 2021 15:18
Qubada “patı” istifadə edən dəstə saxlanılıb
0 : 00
0 : 00

"Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report"a bildirilib ki, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi