Qusarda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib

Qusarda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib Qusar Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən konfrans keçirilib.
Sağlamlıq
28 Aprel , 2023 17:22
Qusarda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib

Qusar Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən konfrans keçirilib.

“Report”un Şimal bürosu xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, xəstəxananın rəhbərliyi və kollektivi, hakim Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatınin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev deyib ki, akademik Z.Əliyeva xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə əvəzsiz töhfələr verib.

“Azərbaycanın tanınmış simalarından olan, tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işlərdir. Qayğıkeş həkim Zərifə Əliyevanın həyat yolu nümunə göstərilə biləcək qədər mənalı, zəngin olub. Qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində xüsusi dəst-xəti ilə iz qoyan akademik əməlləri ilə əbədiyaşarlıq qazanıb”, - o vurğulayıb.

Daha sonra çıxış edən natiqlər qeyd ediblər ki, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı cəmi 44 günə Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaratmış Müzəffər Ali Baş Komandan İlham Əliyevi böyütmüş fədakar, qayğıkeş ana idi.

Vurğulanıb ki, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Son xəbərlər

Orphus sistemi