RDIF Azərbaycanda “Sputnik” və “AstraZeneca” üzrə aparılan tədqiqatın nəticəsini açıqlayıb

RDIF Azərbaycanda “Sputnik” və “AstraZeneca” üzrə aparılan tədqiqatın nəticəsini açıqlayıb Azərbaycanda koronavirusa qarşı “Sputnik Light” və “AstraZeneca” vaksinlərinin kombinasiyası üzərində aparılmış ilkin tədqiqatlar yüksək anticisim artımını nümayiş etdirib.
Sağlamlıq
27 Sentyabr , 2021 13:46
RDIF Azərbaycanda “Sputnik” və “AstraZeneca” üzrə aparılan tədqiqatın nəticəsini açıqlayıb

Azərbaycanda koronavirusa qarşı “Sputnik Light” və “AstraZeneca” vaksinlərinin kombinasiyası üzərində aparılmış ilkin tədqiqatlar yüksək anticisim artımını nümayiş etdirib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondundan (RDIF) məlumat veriblər.

“Təhlilin nəticələri göstərir ki, müşahidələrin 57-ci günündə könüllülərin 85%-də SARS-CoV-2 virusunun zülalına nisbətdə neytrallaşdırıcı anticismin 4 dəfə və daha çox artımı müşahidə olunub”, - RDIF-in məlumatında deyilir.

Məlumata görə, nəticələr kombinasiyanın hər 2 komponenti vurulmuş ilk 20 tədqiqat iştirakçıları üzərində aparılmış müşahidələrə əsaslanır. Sözügedən şəxslərə 29 günlük ara ilə əvvəlcə “AstraZeneca”, daha sonra isə “Sputnik Light” vaksinləri vurulub.

Son xəbərlər

Orphus sistemi