Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığırta üzrə Dövlət Agentliyi regionlarda tibb işçilərinin çatışmazlığı problemini aradan qaldırmaq üçün xüsusi dövlət proqramı hazırlayır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, proqram çərcivəsində müəyyən mexanizmlər işlənib təklif olunacaq: "Bununla da nəinki gənc, eləcə də peşəkar tibb işçiləri regionlara gedib xidmət göstərəcəklər".