Respublika QİÇS-lə Mübarizə Mərkəzinə direktor vəzifəsinə təyinat olub.
“Report” xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə Famil Məmmədov gətirilib.
Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.