Salyanda unlu-qənnadı məmulatları sexində pozuntular aşkarlanıb

Salyanda unlu-qənnadı məmulatları sexində pozuntular aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir
Sağlamlıq
16 Mart , 2021 12:59
Salyanda unlu-qənnadı məmulatları sexində pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, agentlik əməkdaşları Salyan rayonu, X.R.Ulutürk, ev 8, mənzil 14 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Arif Mirzəağa oğluna məxsus unlu-qənnadı məmulatların istehsalı sexində yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə xammalların saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, xammal kimi istifadə olunan un, yumurta, ədviyyatlar və digər məhsulların birbaşa istehsal sahəsində temperatur rejiminə riayət edilmədən saxlanıldığı müəyyən edilib. Un kisələrinin istehsal sahəsində birbaşa döşəmənin üzərində divara bitişik saxlanıldığı, məhsulların hazırlanmasında istifadə olunan əsas xammallardan unun ələkdən keçirilmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi