Səhiyyə naziri Oqtay Şirəliyev BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının BMT-nin Uşaq Fondunun İcraiyyə Şurasında təsdiqlənməsi bildirilib. Eləcə də 2021-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Belə ki, ana və uşaq sağlamlığının gücləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.