Səhiyyə Nazirliyi: Pandemiya ilə mübarizədə uğur üçün əhalinin 60 faizində immunitet formalaşmalıdır

Səhiyyə Nazirliyi: Pandemiya ilə mübarizədə uğur üçün əhalinin 60 faizində immunitet formalaşmalıdır Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil.
Sağlamlıq
16 Yanvar , 2021 11:13
Səhiyyə Nazirliyi: Pandemiya ilə mübarizədə uğur üçün əhalinin 60 faizində immunitet formalaşmalıdır

Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır. Bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır",- o bildirib.

Son xəbərlər

Orphus sistemi