Ölkə daxilində və xaricdə yerləşən ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə digər təhsil müəssisəsinə köçürülməsi məsələləri ilə bağlı müraciətlər müvafiq sənədlərlə birgə 1 iyul 2022-ci il tarixinə kimi Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinə təqdim olunmalıdır.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində
Tələbələrin ali və orta təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tələb olunan sənədlər
Ali tibb təhsili |
Orta tibb təhsili |
- Ərizə; - Şəxsiyyəti təsdiq edən sənədin surəti; - Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.); - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə DİM-dən arayış; - Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd; - Təhsil haqqı borcunun olmaması; Xaricdən köçürülənlər üçün əlavə olaraq: - Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd; - Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər; Xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün əlavə olaraq: - Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər; Əcnəbi vətəndaşlar üçün əlavə olaraq: - Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış. |
- Ərizə; - Şəxsiyyəti təsdiq edən sənədin surəti; - Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.); - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə təhsil alan müəssəsindən arayış; - Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd; - Təhsil haqqı borcunun olmaması. Xaricdən köçürülənlər üçün əlavə olaraq: - Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər; Əcnəbi vətəndaşlar üçün əlavə olaraq: - Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış. |