Səhiyyə Nazirliyində müavinlərin sayı 5-ə çatdırıldı

Səhiyyə Nazirliyində müavinlərin sayı 5-ə çatdırıldı Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
Sağlamlıq
23 Aprel , 2021 16:48
Səhiyyə Nazirliyində müavinlərin sayı 5-ə çatdırıldı

Azərbaycanın Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib.

Bundan başqa, fərmana əsasən, Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb.

Qeyd edək ki, hazırda səhiyyə nazirinin müavinləri aşağıdakılardır:

Birinci müavin:

Teymur Yusif oğlu Musayev (nazir vəzifəsini icra edir)

Müavinlər:

Əliyeva Nigar Ramiz qızı
Ağayev Elsevər Məmməd oğlu
Əliyev Rahim Rafail oğlu
Qasımov Viktor Kərimoviç.

Son xəbərlər

Orphus sistemi