"Səhiyyə sistemində islahatlar aparılacaq".
Bunu “Report”a eksklüziv açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, bütün bunlarla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə verilib.