“Sinopharm” peyvəndinin 79,34%-lik effektivliyə malik olduğunu açıqlayıb

“Sinopharm” peyvəndinin 79,34%-lik effektivliyə malik olduğunu açıqlayıb "Sinopharm”ın inaktiv peyvəndi vaksinasiyadan sonra yaxşı təhlükəsizlik səviyyəsi nümayiş etdirib, iki peyvənddən sonra vaksinasiya olunmuş şəxsdə yüksək titrli antikorlar meydana gəlib.
Sağlamlıq
30 Dekabr , 2020 13:32
“Sinopharm” peyvəndinin 79,34%-lik effektivliyə malik olduğunu açıqlayıb

Çinin “Sinopharm” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı inaktiv peyvəndin effektivliyi 79,34% təşkil edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinopharm”ın tərkibinə daxil olan Pekin Bioloji Məhsullar İnstitutunun açıqlamasından deyilir.

“Sinopharm”ın inaktiv peyvəndi vaksinasiyadan sonra yaxşı təhlükəsizlik səviyyəsi nümayiş etdirib, iki peyvənddən sonra vaksinasiya olunmuş şəxsdə yüksək titrli antikorlar meydana gəlib, peyvəndin COVID-19-dan qoruyucu effektivliyi 79,34% olub”, - İnstitutun bəyanatında deyilir.

Qeyd olunur ki, bu, peyvəndin hazırda davam edən klinik sınaqlarının üçüncü mərhələsinin aralıq məlumatlarıdır.

Son xəbərlər

Orphus sistemi