Smartfon və digər texniki cihazlarda olan radio tezliyin radiasiyası insan bədəninin toxumaları tərəfindən mənimsənilir və sağlamlığa mənfi təsir göstərir.
"Report"un məlumatına görə, bunu RİA “Novosti” yə nevroloq Mariya İqnatova bildirib.
Onun sözlərinə görə, bəzi tədqiqatlar göstərir ki, smartfonların radiasiyası sonsuzluq, xərçəng, nevroloji və zehni xəstəliklər riskini artırır.
“Elektromaqnit radio tezlik sahələrinə ən həssas uşaq, hamilə qadın, ürək-damar, sinir və immun sistemi pozğunluğu olan insanlardır. Yetkinlərin və uşaqların sağlamlığı üçün ən təhlükəli şey qaranlıqda ağıllı telefonlardan istifadə etməkdir.
Telefon ekranının mavi işığı gözlərə, bioloji ritmlərə mənfi təsir edir, yuxusuzluğa, baş ağrısına, performansın azalmasına, yaddaş zəifləməsinə və degenerativ göz xəstəliklərinin yaranmasına səbəb olur”.