Soyuq havada immuniteti qorumaq üsulu açıqlandı  

Soyuq havada immuniteti qorumaq üsulu açıqlandı   Həkim-terapevt və qastroenteroloq Nikita Xarlov “Sputnik” radiosuna müsahibəsində ilin soyuq fəslində düzgün qidalanmanın köməyi ilə immunitetə kömək etməyin xüsusilə əhəmiyyətli olduğunu bildirib.
Sağlamlıq
4 Noyabr , 2020 08:25
Soyuq havada immuniteti qorumaq üsulu açıqlandı  
0 : 00
0 : 00

Həkim-terapevt və qastroenteroloq Nikita Xarlov “Sputnik” radiosuna müsahibəsində ilin qış fəslində düzgün qidalanmanın köməyi ilə immunitetə kömək etməyin xüsusilə əhəmiyyətli olduğunu bildirib.

"Report” xəbər verir ki, mütəxəssis yağların istifadəsinin orqanizmə ziyan vurması barədə yayılan fikrin kökündən yanlış olduğunu açıqlayıb.

"İndi immunitet aktual mövzudur. İmmunitetin qorunması üçün qidada heyvan mənşəli yağlardan istifadə etmək lazımdır", - həkim deyib.

Xarlov izah edib ki, orqanizmi viruslardan, o cümlədən koronavirusdan müdafiə edən selikli qişa yağlardan qurulur.

"Ən təhlükəsizlər, ən faydalılar heyvan yağlarıdır. Onları hazırlamaq və qidada normal miqdarda istifadə etmək olar. Siyahıda təhlükəsizliyinə görə ikinci yerdə "Omeqa-3" yağları yer alır.

Bu həmin balıq yağı və treska balığının qaraciyərin yağıdır. Bu cür yağlar da təhlükəsiz və faydalıdır, lakin qısa zamanda oksidləşirlər, buna görə onları hazırlamaq olmaz", - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, rasiona qaz, mal əti və ya donuz, ayı piyini də daxil etmək olar, amma orqanizm bitki yağlarına daha pis uyğunlaşıb.

Son xəbərlər

Orphus sistemi