Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.
“Report”un yerli bürosu məlumat verir ki, 4 nömrəli Xəstəxananın baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.
STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.
Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.