“Biz dünyada gedən araşdırmaları çox yaxından izləyirik. Bəzi peyvənd namizədləri üçüncü mərhələyə keçəndə çox ümidverici olur”.
"Report" xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O xatırladıb ki, hələ təsdiq edilmiş bir vaksin yoxdur:
“Əgər hər hansı bir vaksin təsdiqlənərsə Azərbaycan onu əldə edə biləcək ilk ölkələrdən biridir. Ancaq hazırda ÜST tərəfindən təsdiqlənən hər hansı bir peyvənd yoxdur. Rusiyada istehsal olunan peyvənd namizədi də tam təsdiqlənməyib. Əgər bu ÜST tərəfindən təsdiq olunarsa, o zaman Azərbaycan da həmin vaksinin ölkəmizə gətirilməsini düşünə bilər”.