TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır

TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır “Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil. Bunu 1 ay öncədən etmək lazımdır”.
Sağlamlıq
16 Yanvar , 2021 11:38
TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır

“Uçuşa bir gün qalmış peyvənd vurmaq lazım deyil. Bunu 1 ay öncədən etmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, peyvənd iki dozadadır: “Ona görə də birinci dozada nəticə almaya bilərik. Odur ki, mütləq ikinci doza da vurulmalıdır. Hər bir peyvənd mütləq qeydiyyat sisteminə düşəcək”.

Son xəbərlər

Orphus sistemi