Ramin Bayramlı: "Bəzi həkimlər özlərindən müalicə yazırlar"

Ramin Bayramlı: "Bəzi həkimlər özlərindən müalicə yazırlar" “Təəssüf ki, bəzi həmkarlarımız evdə müalicə alan koronaviruslu xəstələrə özlərindən, yəni heç bir protokola uyğun olmayan müalicə yazırlar”.
Sağlamlıq
22 Dekabr , 2020 23:38
 Ramin Bayramlı: Bəzi həkimlər özlərindən müalicə yazırlar
Ramin Bayramlı

“Təəssüf ki, bəzi həmkarlarımız evdə müalicə alan koronaviruslu xəstələrə özlərindən, yəni heç bir protokola uyğun olmayan müalicə yazırlar”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

TƏBİB sədri bildirib ki, onlar ilk gündən xəstələrə təhlükəli stereoidlər adlandırdığımız hormonal preparatlar, antibakterial antibiotiklər təyin edirlər:

“Belə xəstələr də sonradan ağırlaşmış formada bizə müraciət edirlər. Vətəndaşlara müraciət edirəm ki, evdə müalicəyə mütləq sahə həkimlərinin nəzarəti altında başlasınlar. Özünü müalicə hallarından isə qaçmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi