TƏBİB sədri koronavirusa qarşı vaksinlərin hansının daha effektiv olmasına münasibət bildirib

TƏBİB sədri koronavirusa qarşı vaksinlərin hansının daha effektiv olmasına münasibət bildirib “Hazırda COVID-19-un qarşısını almaq üçün hazırlanan mövcud olan 5 vaksindən birinin (Almaniya) saxlanma şəraiti çox çətindir. Qoruyuculuğu isə 95 %-dir”.
Sağlamlıq
15 Dekabr , 2020 15:34
TƏBİB sədri koronavirusa qarşı vaksinlərin hansının daha effektiv olmasına münasibət bildirib

“Hazırda COVID-19-un qarşısını almaq üçün hazırlanan mövcud olan 5 vaksindən birinin (Almaniya) saxlanma şəraiti çox çətindir. Qoruyuculuğu isə 95 %-dir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, Rusiya, ABŞ və Çin koronavirusa qarşı vaksin hazırlayır. Onun fikrincə, Çin vaksininin saxlanma şəraiti nisbətən münasibdir: “Ənənəvi üsulla hazırlanan vaksinlərdə infeksiyaya səbəb olan törədicilər 2 metodla - attenuasiya (törədici zəiflədilir) və inaktivləşdirmə (törədici öldürülür) ilə zərərsizləşdirilir. Bu vaksinlər daha təhlükəsizdir. Vaksinlərin bu günə qədər hər hansı əlavə təsiri müəyyən olunmayıb. "SinoVac" şirkətinin vaksini inaktiv virus, “BioNTech” vaksini sintetik kodla kimyəvi üsulla çoxaldılır. Həm qrip, həm də hepatit A, quduzluq vaksini, uşaq iflici əleyhinə vaksinlər geniş və təhlükəsiz istifadə olunanlardır”.

Son xəbərlər

Orphus sistemi