"Azərbaycana gətiriləcək vaksinlər bizim ölkədə də laboratoriyada yoxlanılacaq”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
"Türkiyə səfər çərçivəsində həmin ölkənin imkanlarını gördük və belə laboratoriyaların Azərbaycanda qurulması istiqamətində işlər görülür. Bu, nə bir günün, nə də bir ilin işi deyil. Burada həm texniki bazanın, həm də mütəxəsislərin hazırlanmasından söhbət gedir. Hazırda Türkiyədə bu imkanlar var və biz də mütləq o imkanları istifadə edəcəyik", - TƏBİB rəsmisi qeyd edib